Advertisment

Rusiyanın buzqıran gəmisi Arktikada təlimlərə qatılıb

“İvan Papanin” patrul buzqıran gəmisinin rəhbərlik etdiyi dəniz dəstəsi Arktikadakı Rusiya hərbi infrastruktur obyektlərini qorumaq üçün Şimal donanmasının taktiki qrupu ilə təlim keçirib.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təlim ssenarisinə əsasən, şərti düşməndən bir dəstə Aleksandr Torpağı adasında hərbi obyektləri ələ keçirməyə hazırlaşırdı. Tapşırıq aldıqdan sonra, Frans-İosif Torpağı arxipelaqında yerləşən taktiki qrupdan “Bastion” sahil raket sisteminin bir diviziyası sistemin yerləşdirildiyi və istifadəyə hazırlandığı yerləşdirmə ərazisinə yürüş edib.

“Bastion” heyəti 350 km məsafədə yerləşən şərti düşmənin dəniz qrupuna elektron şəkildə raketlər atıb. Bundan sonra hərbi gəmi dəstəsi hərbi infrastruktur obyektlərinin təhlükəsizliyini və müdafiəsini gücləndirməyi məşq edib.

Müdafiə Nazirliyi bildirib ki, Ka-29 helikopteri “İvan Papanin”dən qalxaraq adaya antiterror qrupu çatdırıb: "Döyüş zamanı simulyasiya edilmiş düşmən qüvvələri məhv edilib".

Bundan əlavə, mobil yanğınsöndürmə qrupları PUA-lara qarşı mübarizə aparmağı da məşq ediblər.

Bəxtiyar CƏFƏRLİ