İngiltərədə qədim bir məzarlıqda aparılan qazıntı işləri zamanı torpağın altından 250 torba qızıl və gümüş çıxıb.
Herbiand.az xəbər verir ki, xəzinə İngiltərədə tarixin ən böyük arxeoloji kəşflərindən biri kimi qeydə alınıb. Tapıntı onu aşkara çıxaran arxeoloqu və torpaq sahibini bir gecədə varlandırıb.
Qeyd edək ki, e.ə VIII əsrinə aid məzardan çıxarılan cəmi 4.100-dən çox müstəqil parçanın çəkisi və dəyəri görənləri heyrətləndirib.
Mütəxəssislər bu nəhəng kəşfin dəyərinin ümumilikdə 4,285 milyon sterlinq olduğunu bildiriblər.
Bu möhtəşəm kolleksiyada işlənmiş qılınc dəstəklərindən nadir dini rəmzlərə, döyüşçü dəbilqələrindən dövrün zənginlərinə aid xüsusi bəzək əşyalarına qədər nümunələr var.
Aydın