“Serbiyadakı dəyişikliklər Gürcüstanda və Rusiyada da baş verməlidir”.
Herbiand.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Rasa Yukneviçiene Serbiyada keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edərkən bildirib.
“Serbiyada baş verən dəyişikliklərə sevinirəm və onun cəsur vətəndaşlarını və tələbələrini alqışlayıram. İnanıram ki, Gürcüstanda da, Rusiyada da dəyişikliklər baş verəcək. Bunun üçün sadəcə Ukraynanın qələbə qazanmasına kömək etməliyik”, - Yukneviçiene qeyd edib.
Son məlumatlara görə, Serbiyada keçirilən parlament seçkilərində müxalif “Tələbə Siyahısı” 52,9 faiz, sabiq prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi hakim “Serb Proqressiv” Partiyası” isə 38,8 faiz səs toplayıb. Bununla Serbiyanın 250 yerlik parlamentində “Tələbə Siyahısı” 141, Vuçiçin partiyası isə 103 mandat əldə edəcək. Yeni parlamentdə qalan 6 mandat digər dörd partiya arasında bölüşdürüləcək.
Teleqraf