Ukrayna-Rusiya müharibəsi qarşılıqlı hava hücumları ilə davam edir. Herbiand.az xəbər verir ki, Ukrayna pilotsuz uçan aparatlarının (PUA) hücumu nəticəsində Rusiyanın Voronej şəhəri yaxınlığında sərnişin qatarı xəsarət alıb. 5 nəfərin yaralandığı bildirilir.
Bu barədə açıqlama verən Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib ki, Ukrayna PUA-larının kütləvi hücumu zamanı xəsarət alanların əhəmiyyətli hissəsini qatar sərnişinləri təşkil edib.
Hadisə zamanı Anapa-Moskva marşrutu üzrə hərəkət edən 11 saylı qatar Voronejin sol sahil ətrafında olub.
Rusiya Dəmir Yollarının məlumatına görə, hadisədən sonra Tresvyatskaya–Somovo–Otrojka–Voronej dəmir yolu sahəsində qatarların hərəkəti dayandırılıb və kontakt şəbəkəsində elektrik enerjisi kəsilib.
Qubernator həmçinin hücum nəticəsində şəhərin demək olar ki, bütün rayonlarında binaların fasad və pəncərələrinin zədələndiyini, bir neçə sənaye obyektində yanğın baş verdiyini bildirib.
Aydın