Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İsgəndərlinin adından müxtəlif insanlara WhatsApp mesajları göndərilir.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərliyə Ramil İsgəndərlinin adından şübhəli WhatsApp mesajı göndərilib. Bu barədə QHT sədri Herbiand.aza- açıqlamasında bildirib. Məlumata görə, mesaj 050 313 22 74 nömrəsindən göndərilib.
Mesajdan şübhələnən E.Cəfərli məsələ ilə bağlı Ramil İsgəndərliyə məlumat verib. Araşdırma zamanı məlum olub ki, mesaj onun adından göndərilsə də, nömrə ona məxsus deyil.
Ramil İsgəndərli bildirib ki, sözügedən nömrədən gələn mesaj ona məxsus deyil.
Qeyd edək ki, AMQF İdarə Heyətinin sədri R.İsgəndərli ictimaiyyətə müraciət edərək diqqətli olmağa çağırıb: “Əziz dostlar, həmkarlar. Mənim adımdan bir neçə nəfərə tanımadığım nömrədən mesaj göndərilir. Çox güman ki, dələduzlardır. Mən telefon nömrəmi dəyişməmişəm. Hər hansı tanımadığınız nömrədən mənim adimdan mesaj və ya zəng edərlərsə, bilin ki telefon dələduzlarıdır. Öncədən minnətdaram”.


Aydın