Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu nəticəsində xəsarət alanların sayı 18 nəfərə yüksəlib.
Herbiand.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, tibbi yardıma müraciət edən beş nəfərə, o cümlədən 16 yaşlı qıza akubarotravma, yəni güclü səs və təzyiq dalğasının təsiri nəticəsində yaranan zədələr diaqnozu qoyulub. Hücum nəticəsində iki nəfərin həyatını itirdiyi bildirilir.
Məlumata əsasən, oktyabrın 25-nə keçən gecə baş verən dron hücumundan sonra şəhərdə 30 çoxmənzilli yaşayış binasına, dörd fərdi evə, səkkiz kommersiya obyektinə, 35 avtomobilə, üç inzibati binaya və üç sosial obyektə ziyan dəyib.
Qubernator hücumun nəticələrinin aradan qaldırılması işlərinə şəxsən nəzarət etdiyini bildirib. Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi terror aktı maddəsi ilə cinayət işi açıb.
Aydın