ABŞ Federal Seçki Komissiyası haker hücumuna məruz qalması səbəbindən internet üzərindən fəaliyyət göstərən xidmətlərini müvəqqəti dayandırıb.
Reuters agentliyinin məlumatına görə, naməlum haker komissiyanın informasiya sistemlərinə icazəsiz giriş əldə etməyə cəhd göstərib.
Bununla əlaqədar qurumun internetə bağlı xidmətləri müvəqqəti olaraq deaktiv edilib.
Komissiyanın rəsmi saytında elektron sənəd qəbulu sisteminin hazırda işləmədiyi bildirilib. Qeyd olunub ki, mütəxəssislər sistemin fəaliyyətinin bərpası istiqamətində fəal iş aparırlar.
Hadisə ABŞ-da noyabrın 3-nə təyin edilmiş Konqresə aralıq seçkiləri ərəfəsində baş verib.
Seçkilərdə Senatın üçdəbir hissəsi və Nümayəndələr Palatasının bütün üzvləri yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.
APA