Ukraynalı respondentlərin böyük əksəriyyəti Ukrayna Silahlı Qüvvələrinin Rusiya neft emalı zavodlarına davam edən zərbələrini dəstəkləyir.
Herbiand.az bildirir ki, bunlar Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun tədqiqatçıları tərəfindən aparılan sosioloji tədqiqatın nəticələridir.
Yayılan məlumatlara görə, sorğuda iştirak edənlərin 80%-i Vaşinqtonun mümkün realsiyasından asılı olmayaraq, Rusiya neft emalı zavodlarına hücumların davam etdirilməsinin zəruri olduğunu düşünür. Respondentlər ABŞ kəşfiyyat məlumatlarının verilməsini və Starlink peyk rabitəsinə çıxışı tamamilə dayandırsa və ya məhdudlaşdırsa belə, bu yanaşmanı dəstəkləyiblər.
Respondentlərin yalnız 11%-i əks mövqe tutub. Onlar hesab edirlər ki, Moskva infrastruktur və enerji obyektlərinə qarşı oxşar addımlar atmasa belə, Ukrayna Rusiya neft emalı zavodlarına zərbə vurmaqdan çəkinməlidir.
Sorğu iştirakçılarının 8%-i isə cavab verməkdə çətinlik çəkib.
Xatırladaq ki, ABŞ prezidenti dəfələrlə Vladimir Zelenskini Rusiyanın neft sənayesi obyektlərinə edilən hücumları dayandırmağa çağırıb.
Bəxtiyar CƏFƏRLİ