ABŞ hökuməti 80 ildən çoxdur ki, Amerika ordusunun okeanda naməlum obyektlərlə qarşılaşmaları haqqında məlumatları gizlədir.
Herbiand.az International Business Times qəzetinə istinadən bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kontr-admiralı Tim Qallodet deyib.
Onun sözlərinə görə, Pentaqon arxivlərində on illərdir sirli obyektlərin iki videosu saxlanılır: “Birincisində UNO-nun heç bir sıçrayış qoymadan okeana enməsi göstərilir. İkincisində isə eyni obyektin havaya qalxmazdan əvvəl inanılmaz sürətlə su altında hərəkət etdiyi göstərilir. Bənzər bir şey göstərən başqa bir video bilirəm, amma yuxarıdan çəkilib. Beləliklə bəli, [naməlum qüvvələr] necə edəcəyimizi bilmədiyimiz bir şey yaratmağı bacarıblar”.
ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş okeanoqrafı həmçinin qeyd edib ki, ABŞ ordusu dünya okeanlarının yalnız 10%-ni araşdıra bilib. Onun fikrincə, araşdırılmamış dərinliklər qeyri sivilizasiyalar üçün sığınacaq ola bilər. Qallodet bu cür obyektlərin mövcudluğuna dair heç bir dəlil təqdim etməyib.
Bəxtiyar CƏFƏRLİ