Advertisment

İspaniya donanması üçün nəzərdə tutulmuş yeni freqat suya salınıb

İspaniya Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan F110 sinifli "Ruggero di Lauria" freqatı Ferroldakı Navantia gəmiqayırma zavodunda suya endirilib.

Herbiand.az bildirir ki, freqatın suya salınması İspaniya Müdafiə Nazirliyi ilə razılaşdırılmış cədvəldən 4 ay əvvəl baş tutub.

Gəminin tikintisi gəmiqayırma zavodunun sahilində davam edəcək. İspaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi isə 2029-cu ildə gözlənilir.

F-110 freqatlarının uzunluğu 145 metr, eni 18 metrdir. Heyət 150 nəfərdir.

Silahlanmaya SM-2 və ESSM də daxil olmaqla müxtəlif növ zenit raketlərini atmaq üçün 16 hücrəli Mk.41 şaquli buraxılış sistemləri, İtaliyanın Leonardo qrupunun 127 mm-lik artilleriya qurğusu, 30 mm-lik artilleriya sistemləri və 12,7 mm-lik pulemyotlar, Norveçin Konsberg şirkətinin NSM gəmi əleyhinə raketləri və 324 mm-lik torpedo boruları daxildir.

Həmçinni, göyərtədə SH-60 “Seahawk” və ya NH-90 kimi çoxməqsədli helikopterlər yerləşdirmək mümkündür.

Bəxtiyar CƏFƏRLİ