Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ və İsrailin İrana qarşı müharibəsinin yenidən başlaması ehtimalı ilə əlaqədar ən pis ssenariyə hazır olduqlarını bəyan edib.
“Al Jazeera“-nin xəbərinə görə, BƏƏ Prezidentinin müşaviri belə bəyanatla bu gün Bəhreyndə keçirilən təhlükəsizlik konfransında çıxış edib.
“Ümid edirik ki, diplomatik müstəvidə irəliləyiş əldə olunacaq. Daha bir qarşıdurma mərhələsindən keçməsi regionun maraqlarına uyğun deyil. Lakin biz əvvəl də nümayiş etdirdiyimiz kimi, ən pis ssenariyə hazırıq”? – deyə Ənvər Qarqaş qeyd edib.