Advertisment

Hindistan “Pantsir-S1M” almaq üçün danışıqlar aparır

Hindistan Rusiya ilə “Pantsir-S1M” hava hücumundan müdafiə raket-top sistemi almaq üçün danışıqlar aparır.

Herbiand.az bildirir ki, bu barədə Hindustan Times qəzeti hökumət mənbələrinə istinadən məlumat verib.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, 52 ədəd “Pantsir” kompleksinin silahlanmaya götürülməsi planlaşdırılır. 13 ədədi birbaşa Rusiyadan alınacaq, 39 ədədi isə Hindistan müdafiə müəssisələrində lisenziya əsasında istehsal olunacaq.

Bəxtiyar CƏFƏRLİ