Advertisment

Kiyev metrosu fəaliyyətini tamamilə dayandırıb

Kiyevdə metro sisteminin fəaliyyəti tamamilə iflic olub. Herbiand.az xəbər verir ki, bu barədə məlumatı “Ukrinform” agentliyi yayıb.

Agentliyin məlumatına görə, texniki səbəblərdən paytaxt metrosunun hər üç xəttində qatarların hərəkəti dayandırılıb.

Bundan bir qədər əvvəl Ukraynanın DTEK enerji holdinqi Kiyev şəhəri, Kiyev və Dnepropetrovsk vilayətlərində təcili elektrik enerjisi kəsintilərinin tətbiq olunduğunu açıqlayıb.

Noyabrın 1-də “Strana.ua” nəşri hava hücumu xəbərdarlığı fonunda Kiyevdə genişmiqyaslı elektrik təchizatı problemlərinin yarandığını bildirmişdi.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, oktyabrın 30-na keçən gecə Rusiya Silahlı Qüvvələri Kiyev və Kiyev vilayətində yerləşən hərbi-sənaye və enerji obyektlərinə zərbələr endirib.

Nazirlik iddia edib ki, hücum zamanı “Fanplit” şirkətinin sexi və Kiyev Radio Zavodu da hədəfə alınıb. Rusiya tərəfinin bildirdiyinə görə, “Fanplit” şirkətinin sexində “Fire Point” şirkətinə məxsus FP-1 və FP-2 tipli uzaq və orta mənzilli pilotsuz uçuş aparatları saxlanılır və yığılırdı.

Aydın

Herbiand.az