Advertisment

Prezident: Çexiya ordusu genişmiqyaslı müharibəyə hazır deyil

Çexiya prezidenti Petr Pavel Çexiya ordusunun hipotetik genişmiqyaslı hərbi münaqişəyə hazır olmadığını bildirib. Səbəb kəskin kadr çatışmazlığıdır.

Herbiand.az Çexiyanın ČT24 televiziyasına istinadən bildirir ki, dövlət başçısı bu açıqlamanı 2040-cı ilə qədər qüvvədə olan yeni ordu konsepsiyasının müzakirəsi zamanı verib.

Prezident mövcud planları tənqid edib: “Silahlı qüvvələrin 2040-cı ilə qədər inkişafını müəyyən edən sənəd tam döyüşə hazır strukturun yaradılmasını təmin etməlidir. Belə ordu yalnız milli ərazini müdafiə etməməli, həm də NATO daxilində müttəfiq missiyalarını yerinə yetirməlidir. Hazırkı konsepsiya isə bu baxımdan qeyri-realdır. Çünki 2040-cı ilə qədər əsas məqsədlərə cavab vermir”.

Bəxtiyar CƏFƏRLİ