Ukraynada münaqişə uzandıqca onun diplomatik yolla tənzimlənməsi üçün imkanlar da daralır.
Herbiand.az xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu TASS agentliyinə açıqlamasında bildirib.
O qedy edib ki, münaqişənin uzanması insanların danışıqların nəticə verəcəyinə inamını zəiflədir və müharibənin alternativsiz yol kimi qəbul olunması təhlükəsini artırır.
“İnsanlar düşünür ki, dialoq problemi həll etməyəcək, müharibə isə sadəcə başqa formada davam edəcək. Müharibə psixologiyası kök saldıqda diplomatik həll yolları üçün imkanlar son dərəcə məhdudlaşacaq”,-deyə Sinirlioğlu vurğulayıb.
ATƏT-in baş katibi belə bir vəziyyətin ciddi təhlükə yaratdığını və bunun qarşısının alınmasının vacibliyini bildirib.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko daha əvvəl Ukraynadakı münaqişənin yaxın aylarda başa çatacağını düşündüyünü açıqlamışdı.
O, tərəflərin artıq kifayət qədər güc və resurslarının qalmadığını, müharibədən hamının yorulduğunu bildirmişdi.
Aydın