Advertisment

Polşada döyüş modulunun sınaqları hərbçiləri məyus edib

Yerli istehsal olan Polşa döyüş modulunun sınaqları hərbçiləri çox məyus edib. Milli müdafiə sənayesinin inkişafı hətta atəş dəqiqliyin əsas tələblərinə cavab verməyib.

Herbiand.az bildirir ki, bu barədə Rzeczpospolita nəşri yazıb.

Jurnalistlərin əldə etdiyi daxili sənədlərə görə, A3B modulu düşmənlə sıx təmasda işləyən bu tip hərbi texnika üçün tələb olunan məsafələrdə dəqiq atəş açmağa imkan vermir.

Qəzetin məlumatına görə, sınaq 2026-cı ilin fevral ayında hərbi təlim poliqonunda keçirilib.

Döyüş modulu əvvəlcə Polşanın Cənubi Koreyadan aldığı döyüş maşınlarında istifadə üçün nəzərdə tutulmuşdu. Lakin praktiki atışların nəticələri onun hərbi tələblərə uyğunluğuna şübhə yaradıb.

Bəxtiyar CƏFƏRLİ