Hindistan hüquq-mühafizə orqanları Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə saxta videonu sosial mediada paylaşan Ali Məhkəmənin vəkili Praşant Bhuşana qarşı cinayət işi açıb.
Herbiand.az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən "Rediff" və "The New Indian Express" qəzetləri məlumat yayıb.
Yayılan videoda Yeni Dehli tənqid olunub. Hindistan Xarici İşlər Nazirliyi videonu rəsmi olaraq yalan elan etdikdən sonra araşdırma başlayıb.
Müstəntiqlərin sözlərinə görə, videoda hökumət rəsmilərinin nüfuzuna xələl gətirən və ictimai iğtişaşlara səbəb ola biləcək təxribatçı və yanlış məlumatlar olub.
Bhuşana bir neçə maddə ilə ittiham irəli sürülüb. Bunlara saxtakarlıq, böhtan, ictimai asayişi təhdid edən məlumatların yayılması və İnformasiya Texnologiyaları Qanununun pozulması daxildir.
Günahı sübut olunarsa, o, 3 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Bəxtiyar CƏFƏRLİ