Advertisment

NATO Ukrayna hərbçilərinə təlim keçmək üçün rus tərcüməçilər axtarır

Avropada hərbi qulluqçuların təlimi üçün NATO-ya yalnız Ukrayna dilindən deyil, həm də rus dilindən tərcüməçilər lazım olub. Alyans ən azı 20 mütəxəssis işə götürməyi planlaşdırır.

Herbiand.az bildirir ki, müvafiq tələblər NATO-nun tender sənədlərində yer alıb.

Tərcüməçilər dörd ölkədə işləyəcəklər: Almaniya, Belçika, Litva və Polşa. Onları həm təlim mərkəzlərinə, həm də birbaşa sahələrə cəlb olunacaqlar. Təlimin xarakterindən asılı olaraq, mütəxəssislər sinxron və ya ardıcıl tərcüməni təmin etməlidirlər.

Bəxtiyar CƏFƏRLİ