Düşmənin hücum silahlarının tədarükünü kəsmək üçün Kiyev hazırda Rusiyanın daxili ərazilərindəki silah fabriklərinə hücum edir. Və bu, uğurla davam edir: son günlərdə dörd obyektə zərbə endirilib.
Herbiand.az bildirir ki, bu barədə Der Spiegel nəşri yazıb.
Nəşr qeyd edib ki, Ukraynanın yeni taktikası görünür, Britaniya-Fransa qanadlı raketlərinin yeni partiyalarının gəlməsi ilə mümkün olub.
"Storm Shadow" və "Scalp" raketləri Ukrayna tərəfindən bir müddətdir istifadədədir və 300 kilometr mənzilə malikdir. Onların gizli xüsusiyyətləri Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirir.
Bəxtiyar CƏFƏRLİ