ABŞ dövlət katibi Marko Rubio 2028-ci il prezident seçkilərinə qatılmaq üçün istefa verəcəyi barədə yayılan xəbərlərin doğru olmadığını bildirib.
Herbiand.az xəbər verir ki, Rubio bu barədə “The New York Times” qəzetinə müsahibəsində danışıb.
O bildirib ki, onun əsas planı ABŞ prezidenti Donald Trampın səlahiyyət müddəti başa çatanadək administrasiyada fəaliyyətini davam etdirməkdir.
Hazırkı işimi sevdiyini, istefa verəcəyi ilə bağlı iddialara hər zaman güldüyünü deyən Rubio mediada bu cür məlumatların haradan qaynaqlandığını bilmədiyini də vurğulayıb.
Bundan əvvəl Britaniyanın “The Independent” qəzeti Rubionun 2028-ci il prezident seçkilərinə hazırlaşmaq məqsədilə vəzifəsini tərk edə biləcəyini yazmışdı.
Aydın