Advertisment

Cənubi Koreyadan Ukrayna ilə bağlı gözlənilməz qərar

Cənubi Koreyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Newtype Industries” şirkəti Ukraynada artilleriya sistemləri üçün süni intellekt əsaslı proqram təminatının sınaqdan keçirilməsi layihəsini dayandırıb.

Herbiand.az xəbər verir ki, bu barədə “The Diplomat” nəşri məlumat yayıb.

Şirkətin baş icraçı direktoru Senqvon Çonun sözlərinə görə, oktyabrın ortalarında Ukrayna tərəfinin layihəyə nəzarət edən nümayəndəsi ona birgə əməkdaşlığın dayandırılması barədə rəhbərlikdən göstəriş verildiyini bildirib.

Ço layihənin dayandırılmasını Seul və Kiyev arasında yaranmış diplomatik gərginliklə əlaqələndirib.

Nəşrin məlumatına görə, planlaşdırılan sınaqlar, bu sahədə aparılmalı yoxlamalar və texnologiyanın tətbiqi ilə bağlı danışıqlar ləğv edilib və ya qeyri-müəyyən müddətə təxirə salınıb.

Bundan əvvəl Cənubi Koreyanın Ukrayna ilə münasibətlərində yaranan soyuqluq fonunda Rusiya ilə əlaqələri yaxınlaşdırmağa çalışdığı barədə məlumatlar yayılmışdı.

Aydın

Herbiand.az