Avropa Parlamentinin keçmiş vitse-prezidenti Luiza Morqantini Rusiya ilə bağlı çağırış edib.
Herbiand.az-ın məlumatına görə, Morqantini deyib ki, Rusiyanı düşmən kimi qəbul etmək olmaz. Onun fikrincə, Avropa ilə Rusiya arasında müharibənin baş verməsi yolverilməzdir.
Sabiq vitse-prezident Avropa ölkələrini Rusiya ilə mümkün müharibənin qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıb. O, tərəflərin sülh və dialoq yolu ilə anlaşmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Moskvanın Avropa üçün heç bir təhlükə yaratmadığını bildirib.
Kreml rəhbəri Avropa ilə müharibəyə başlamaq üçün bəhanə axtarmadığını bəyan edib.
Aydın