Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti altında hərbi qulluqçuların yürüşləri təşkil edilib.
Müdafiə Nazirliyindən Herbiand.az-a bildirilib ki, yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Hərbi qulluqçuların vətənpərvərlik mahnıları və marşlar ifa edərək, hərbi orkestrlərin müşayiəti ilə keçirdikləri yürüşlər vətəndaşlarımız tərəfindən böyük coşqu, maraq və alqışlarla qarşılanıb.