Advertisment

Şoyqu: Ruttenin Rusiyanın itkiləri ilə bağlı hesablamaları havadan götürülüb

NATO-nun baş katibi Mark Rutte Rusiyanın xüsusi əməliyyat zamanı verdiyi itkiləri ABŞ-ın Vyetnamdakı 14 illik müharibə zamanı verdiyi itkilərlə müqayisə edib.

Herbiand.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu buna münasibət bildirib.

O, deyib ki, NATO-nun baş katibi Mark Ruttenin son açıqlamasına diqqət ediblər: “Bu müqayisə zamanı aparılan hesablamalar havadan götürülüb. Lakin o, Amerikanın təhrik etdiyi münaqişə nəticəsində təxminən 3,4 milyon vyetnamlının öldüyünü, onların 2 milyondan çoxunun mülki şəxslər olduğunu qeyd etməyib. Bundan əlavə, qonşu Laos və Kambocada təxminən 400.000 insan həlak olub”.

Şoyqu qeyd edib ki, ABŞ regiondakı ölkələrə təxminən 7,5 milyon ton bomba atıb ki, bu da İkinci Dünya Müharibəsindəki bütün tərəflərin ümumi sayından çoxdur: “Amerikalıların yüksək zəhərli kimyəvi maddə olan "Orange agent"dən istifadə etməsi 2 milyondan 5 milyona qədər insana təsir edib və region sakinləri bu kimyəvi hücumların təsirini bu günə qədər hiss etməyə davam edirlər”.

Təhlükəsizlik Şurasının katibi Ruttenin ikili standartlarının daha bir nümunəsi kimi 20 illik Qərb işğalı nəticəsində 200 mindən çox insanın qurban olduğu Əfqanıstanı göstərib: "Lakin rəqəmləri manipulyasiya etmək uzun müddətdir ki, qərblilərin sevimli alətidir. Onlar Ukrayna neonasistlərinin mifik "uğurlarından" istifadə edərək münaqişənin uzanmasına qanlı investisiyalarının "səmərəliliyini" sübut etməyə çalışırlar".

Bəxtiyar CƏFƏRLİ