Rusiya taxıl və kənd təsərrüfatı məhsullarının iri ixracatçısına çevrilib və bu, Fransanın aqrar sektoruna ciddi təsir göstərir.
Herbiand.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Clash Report”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, geosiyasi gərginlik səbəbindən Paris Rusiya, Şimali Afrika və digər regionların bazarlarına çıxış imkanlarını itirib.
Makron qeyd edib ki, həmin bazarların bir qismi vaxtilə Fransa kənd təsərrüfatı sektoru üçün mühüm əhəmiyyət daşıyıb, lakin hazırda bu ölkələr Fransa məhsulları ilə rəqabət aparır.
Fransa lideri Rusiyanı nümunə göstərərək bildirib ki, bir neçə il əvvəl Moskva Parisin müştərisi olub, indi isə özü böyük taxıl ixracatçısına çevrilib.
O, iqlim dəyişikliyinin Rusiyada ildə iki dəfə məhsul əldə etməyə imkan verdiyini və bunun Fransa üçün rəqabət təzyiqini artırdığını vurğulayıb.
Aydın