Advertisment

Gürcüstan XİN Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Avropa İttifaqının (Aİ) Gürcüstandakı Nümayəndəliyinin rəhbəri, səfir Pavel Herçinski ilə görüşüb.

Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüş zamanı Giorgi Zurabaşvili Avropa Parlamentində Gürcüstanla bağlı aparılan müzakirələrə, eləcə də ölkəyə qarşı qəbul edilmiş son qətnaməyə diqqət çəkib. O, bu addımları Gürcüstan haqqında yalan narrativlərin yayılmasına yönəlmiş növbəti məqsədyönlü addım kimi qiymətləndirərək, bunların Gürcüstan ilə Aİ arasındakı münasibətlərə zərər vurduğunu qeyd edib.

Görüşdə Gürcüstan tərəfi ölkənin Aİ-yə üzvlük prosesinə sarsılmaz sadiqliyini bir daha təsdiqləyib və tərəflər arasında açıq dialoqun vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu gün Avropa Parlamentində 441 səslə Gürcüstanda “siyasi məhbuslar”la bağlı qətnamə qəbul edilib.