Advertisment

Moskvada nüvə təlaşı: Şimalda yeni cəbhə açılır?

NATO Arktika regionunu mümkün hərbi əməliyyat meydanlarından biri kimi nəzərdən keçirir və bu ərazidə nüvə silahından istifadə ssenariləri üzrə hərbi təlimlər keçirir.

Herbinad.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə təsdiqlənən və rəsmi hüquqi aktlar portalında dərc olunan “Arktika zonasının inkişafı və regionda milli təhlükəsizliyin təmin edilməsi” strategiyasında bildirilib.

Sənəddə qeyd olunur ki, NATO silahlı qüvvələrin Arktikanın sərt iqlim şəraitində fəaliyyət imkanlarını sınaqdan keçirir.

Bununla yanaşı, alyansın mümkün nüvə silahı tətbiqini də nəzərdə tutan hərbi ssenarilər üzərində işlədiyi vurğulanıb.

Strategiyada Arktikanın beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyətinin artdığına diqqət çəkilib.

Qeyd edək ki, Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin daha əvvəl Avropa İttifaqının yeni Arktika strategiyasını tənqid edib.  

Diplomat bu sənədin regionda beynəlxalq əməkdaşlığın parçalanmasına və siyasiləşdirilməsinə xidmət etdiyini bildirib.

Aydın

Herbiand.az