Rusiyanın Stokholmdakı səfiri Sergey Belayev Polşanın hava məkanının pozulması və Danimarkada törədilən təxribatlarla bağlı ittihamlara görə İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın İsveçdəki səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlikdən bildirilib ki, İsveç tərəfi görüş zamanı Rusiyaya qarşı diplomatik etirazını ifadə edib.
Rusiya səfirliyi isə öz növbəsində Avropa İttifaqına üzv dövlətlərin ərazilərinə zərbələr endirmədiklərini xatırladıb.
Səfirliyin məlumatında bildirilir ki, Rusiyanın Polşanın hava məkanını pozmasına və ya Danimarka ərazisində hər hansı qanunsuz fəaliyyətə aidiyyəti olduğunu təsdiqləyən “inandırıcı sübutlar” təqdim edilməyib.
Qeyd edək ki, noyabrın 24-də Rusiyanın Polşadakı səfiri Georgi Mixno da hava məkanının pozulması ilə bağlı iddialar fonunda Polşa Xarici İşlər Nazirliyinə çağırılmışdı.
Aydın