Milli Məclisin sabiq üzvü İkram İsrafil arıçılıq fəaliyyəti ilə məşğul olur. Hebriand.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı məlumatda bir neçə il əvvəl arıçılığa başladığını və bu sahədə öz təsərrüfatını qurduğunu bildirib.
İkram İsrafil qeyd edib ki, pandemiya dövründə Şəkiyə səfər etmək üçün qanuni imkan axtararkən arıçılıqla məşğul olmaq qərarına gəlib. Bu məqsədlə beş arı ailəsi alıb, onları Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdan keçirərək fəaliyyətə başlayıb.
Sabiq deputat arıçılığın illərlə davam edən zəhmət tələb etdiyini vurğulayıb, arıların əməyi nəticəsində əldə olunan təbii Şəki balını istehlakçılara təqdim etdiyini bildirib.
O, həmçinin noyabrın 27-dən dekabrın 11-dək Heydər Əliyev adına Bakı İdman-Konsert Kompleksində keçiriləcək XXVI Bal Sərgi-Yarmarkasında iştirak edəcəyini açıqlayıb.
İkram İsrafilin sözlərinə görə, sərgidə onun məhsullarının təqdim olunduğu yer E29 nömrəli stend olacaq. O, dostlarını və bal həvəskarlarını sərgiyə dəvət edərək, onlardan dəstək gözlədiyini bildirib.
Aydın
Herbiand.az