Advertisment

Rusiyanın "Molniya-13" ağır dronları Ukraynada tez-tez peyda olmağa başlayıb

Rusiyada hazırlanmış “Molniya-13” ağır dronları xüsusi hərbi əməliyyatlar zonasında daha tez-tez peyda olmağa başlayıb.

Herbiand.az bildirir ki, dronun fotosuna "Военный осведомитель" Telegram kanalı diqqət edib.

Şəkildə düşmənin tutucu dronunun obyektivinə düşən dörd mühərrikli “Molniya” görünür. Ukraynada bildirilib ki, son zamanlar xüsusi hərbi əməliyyatlar zonasında çoxlu “Molniya-13” dronları peyda olur. Bu dronlar rəqəmsal video axını ötürür, buna görə də analoq video tutma sistemləri onların mövcudluğunu aşkar etmir.

Təyyarə tipli dron 15 kiloqrama qədər faydalı yük daşıya bilir. Onun uçuş məsafəsi 50 kilometrə qədərdir.

Bəxtiyar CƏFƏRLİ