Advertisment

Qırğızıstan “Bayraktar”larla silahlanıb

Asiyada artıq ikinci ölkə Türkiyənin pilotsuz zərbə uçan aparatlarını silahlanmasına qəbul edib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, dünən Qırğızıstan prezidentinin mətbuat katibi ölkə başçısı Sadır Japarovun Bayraktar TB2-lərə baxış keçirərək tanış olduğunu bildirib.

Dronlar rəsmi olaraq Qırğızıstan dövlət milli təhlükəsizlik komitəsinin sərhəd xidmətinin silahlanmasına daxil olub.

Uçan aparatlar silahlarla birgə gəlib: “Hazırkı aparatlar bütünlüklə respublika büdcəsinin vəsaiti hesabına əldə olunub və ölkənin müdafiə təhlükəsizliyinin təmin olunmasında, eyni zamanda dövlət sərhədlərinin mühafizəsində istifadə olunacaq” – prezidentin mətbuat xidmətindən bildirilib.

Qırğızıstanın uzun müddətdir Tacikistanla mübahisəli ərazi məsələsi var. Ölkələr arasında tez-tez bu yöndə münaqişələr yaranır. Bunlardan axırıncısı bu ilin aprel ayında baş verib və bu döyüşlərə qədər gedib çıxıb.

Bundan əvvəl Türkmənistan Bayraktar TB2 almaqla Asiyada türk aparatlarının istifadəçisi olan ilk ölkə olub.