Advertisment

ABŞ AH-1Z Viper zərbə helikopterinin raket sınaqlarını yekunlaşdırıb

Bu yaxınlarda ABŞ-ın Florida ştatında yerləşən hərbi-hava qüvvələrin bazasında JAGM (Joint Air-to-Ground Missile) “hava-yer” raketinin uğurlu sınaqları olub. Raketin buraxılışı AH-1Z Viper zərbə helikopterindən həyata keçirilib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, Direct and Times Sensitive Strike proqramının rəhbəri kapitan Aleks Dutkonun sözlərinə görə, JAGM raketi müstəqil surətdə hədəfi almaq imkanlarını nümayiş etdirib.

“Komanda yorulmadan bu ciddi sınaqların keçirilməsi üzərində çalışıb. Bu günkü uğurlu sınaq bizə gələn il istehsalın tam gücü ilə işə salınmasına əminlik verir”, - deyə kapitan bildirib.

Qeyd edilib ki, sınaqlar zamanı JAGM raketləri hərəkətdə olan hədəflərə atəş açıb. Hədəf 7 km aralı məsafədə olub.

JAGM raketləri hava şəraitindən asılı olmayaraq bütün növ stasionar və mobil hədəf tiplərin məhv edilməsi üçün nəzərdə tutulub.

Onun köhnəlmiş AGM-114 Hellfire və BGM-71 TOW raketlərini bütünlüklə əvəzləməsi güman edilir. Məlum olan budur ki, JAGM daşıyıcıları təyyarələr, helikopterlər və zərbə pilotsuz uçan aparatlar olacaq.