Ukrayna hərbi-hava qüvvələri (HHQ) ABŞ-dan istismardan çıxarılmış qırıcılar ala bilər. Ukraynalı pilotlara əsasən F-16 təyyarələri satılacaq.
Herbiand.az bildirir ki, xarici KİV-lərdə ABŞ HHQ-nə məxsus qırıcıların kütləvi istismardan çıxarılması haqda məlumatlar yazılıb. 2022-ci ildə 160 ədəd döyüş maşınının məhv edilməsi gözlənilir.
Ancaq ABŞ prezidenti Co Baydenin Ukraynaya hərbi yardımın ediləcəyi bəyantı fonunda bu qırıcıların bir hissəsi Ukrayna HHQ-nə satıla bilər.
Təsdiqlənməyən məlumata görə, ABŞ 12 ədəd F-16-ları Ukraynaya aşağı qiymətə satmağa hazırdır. Kiyevdə əmindirlər ki, bu təyyarələr hərbi aviasiyanın döyüş qabiliyyətini artıracaq. Bununla belə ukraynalı pilotlar bu qırıcıları idarə etmək üçün təlimlər keçməlidirlər.