Litva, Latviya və Estoniya müdafiə nazirləri raket sistemlərinin birgə inkişaf etdirilməsi ilə bağlı razılığa gəliblər.
Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, Litvanın müdafiə naziri Arvidas Anuşauskas Baltikyanı ölkələrin birgə raket sisteminin Rusiyaya yaxşı cavab ola biləcəyini bildirib.
“Putin istəyir ki, NATO ölkələri - Polşa və Baltikyanı dövlətlər mühafizə olunmasınlar, hücum silahları olmasın, amerikalılar olmasın, mahiyyət etibarilə NATO qüvvələri olmasın. Mən hesab edirəm ki, biz bununla razılaşa bilmərik”, - deyə nazir jurnalistlərə bildirib.