Advertisment

Avstraliya hərbçiləri özüyeriyən haubitsalar alır

Avstraliya Cənubi Koreyanın Hanwha Defense şirkətindən 30 ədəd K-9 “Tander” özüyeriyən haubitsalar və K-10 sursatlarının tamamlanması üçün 15 ədəd zirehlı maşın sifariş verib.

Herbiand.az Defense World-a istinadən bildirir ki, sövdələşmənin məbləği 1 milyard Avstraliya dolları (720 milyon ABŞ dolları) təşkil edir. Tərəflər arasında müqavilə 13 dekabrda imzalanıb.

Avstraliya hökuməti hələ 2019-cu ilin may ayında quru qoşunların haubitsa parkının yenilənməsini təsdiqləmişdi. Ölkənin müdafiə naziri Piter Datton qeyd edib ki, bağlanan ilkin müqavilə sonradan genişləndirilə bilər: “Yeni texnikanın əsas üstünlüyü zərbə vurduqdan sonra düşmənin əks-hücumu olmadan  döyüş zonasını tez tərk edə bilməsidir. Bu layihə Avstraliya artilleriyasının döyüş gücü dərəcəsinin artırılması və təhlükəsizliyi demək olacaq”.

155 mm-lik K-9 “Tander” özüyeriyən haubitsaları 1990-cı illərin ortalarında hazırlanıb. Hədəf vurma məsafəsi (modifikasiyadan asılı olaraq) 48-84 km-dir. Magistral yolda saatda 67 km sürət yığa bilir. Getdiyi yolun uzunluğu isə 480 km təşkil edir.

Hazırda K-9 qurğularını Cənubi Koreya, Hindistan, Norveç, Türkiyə, Finlandiya və Estoniya kimi ölkələr silahlanmaya qəbul edib.