Kambocanın baş naziri Hun Sen hərbçilərə ölkədə mövcud olan bütün Amerika istehsalı olan silahların məhv edilməsinə və ya anbarlara göndərilməsini əmr edib.
Herbiand.az xəbər verir ki, bu haqda straitstimes.com portalı xəbər verib.
Baş nazirin belə əmr verməsinə səbəb keçən həftə ABŞ-ın Kamboca silahlarına embarqo qoyması ilə bağlıdır. Amerika bunu ölkədə baş verən rüşvətxorluq və insan haqlarının pozulması ilə əlaqələndirib. Eyni zamanda səbəb kimi Çinin Kambocadakı fəaliyyəti göstərilib.
ABŞ əsas ondan şübhələnir ki, Kamboca ölkəsinin hərbi bazasının infrastrukturunu Çinə verməyə hazırlaşır.
Bu bazanın bir hissəsi amerikalıların pulu ilə tikilib və ABŞ silahlı qüvvələrin təlimləri üçün nəzərdə tutulmuşdu.