Advertisment

Rusiya dünyanın ən güclü bombardmançı Tu-160M təyyarəsini havaya qaldırmağa hazırlaşır

Sıfırdan hazırlanan Tu-160M strateji raketdaşıyan təyyarəsi 2022-ci ildə havaya qaldırılacaq. Bu təyyarə Rusiyanın “nüvə triadası” hava hissəsinin əsas elementi sayılır.

Herbiand.az xəbər verir ki, bu barədə RİA Novosti bildirib.

Tu-160 bir neçə il əvvəl sınaqdan keçirilib. İndi isə Tu-160M adı alan modernləşdirilmiş versiyanın da sınaqlarının vaxtı çatıb. Görünüş olaraq bu SSRİ dövründə yaradılmış Tu-160-dan az fərqlənir. Ancaq əsas fərq mühərrikindədir. 1983-cü ildə quraşdırılmış mühərrik müasir HK-32-02 ilə əvəzlənib. Bunun nəticəsində Tu-160M dünyanın ən sürətli bombardmaçı təyyarəsi olacaq və saatda 2,2 min km sürət yığa biləcək.

“Ağ qu quşu” eyni zamanda ən böyük təyyarə sayılır. Onun döyüş avadanlığı ən güclülərdən hesab olunur. Qeyri-rəsmi məlumatlara görə, üstünlük qanadlı raketlərə veriləcək. Əsasən təyyarə X-101 və X-102 raketləri ilə təchiz olunacaq.

Tu-160M-ın göyərtəsində həmçinin, uzaq mənzilli gəmi əleyhinə raketlər və qabaqcıl radioelektron sistemlər də olacaq.