ABŞ hərbi hava qüvvələrinin (HHQ) 15 ədəd F-15 qırıcıları Rumıniyaya gəlib. HATO hərbi-hava komandanlığından bildirilib ki, bu, alyansın Qara dəniz bölgəsində varlığının gücləndirilməsi vəzifələri ilə bağlıdır.
Herbiand.az TASS-a istinadən bildirir ki, təyyarələr Rumıniyanın Kımpiya-Turziy şəhərində yerləşən aviabazasına enib. Burada İtaliya, Rumıniya və ABŞ HHQ-nin HATO üzrə müttəfiqlərin hava məkanını qorumaq üçün birgə uçuşların keçirilməsi planlaşdırılır.
Amerikanın F-15 və İtaliyanın “Tayfun” qırıcıları Rumıniya HHQ ilə birgə 18-22 dekabr tarixlərində uçuşlar həyata keçirəcəklər.
Hazırda ABŞ HHQ-də 450-dən çox F-15C, F-15D və F-15E modifikasiyalı döyüş təyyarələri istifadə edilir. Qırıcıların əksəriyyətinin artıq 30-dan çox yaşı var. Bunlardan 75 %-i istismar müddətini bitirib.