ABŞ Müdafiə Nazirliyi daha çox M1A2 “Abrams” tankları istehsal etməsi üçün “General Dynamics Land Systems” şirkəti ilə müqavilə imzalayıb.
Herbiand.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Müqaviləyə əsasən şirkət tankların mühəndisliyi və istehsalını həyata keçirəcək.
1988-ci ilin sonlarında ABŞ Ordusu “General Dynamics Land Systems” şirkətinə M1A2 proqramını həyata keçirmək üçün 350 milyon ABŞ dollarından artıq bir müqavilə verdi. M1A2-lərin ilk istehsalı 1992-ci ilin sonlarında tamamlanıb.
M1A2 konfiqruyasiyası M1A1 ilə müqayisədə təkmilləşdirilmiş əməliyyat döyüş qabiliyyəti təmin edir.
2020-ci ilin məlumatına görə, Birləşmiş Ştatların 750 ədəd M1A1, 1605 ədəd M1A2, 34+ ədəd M1A2C olmaqla cəmi 2389 əsas döyüş tankı var.