Advertisment

Litva ordusu Niderland hərbçilərindən 125 ədəd işlənmiş Mercedes-Benz GD 290 alıb

Dekabrın 17-də Litva Müdafiə Nazirliyindən bildirilib ki, hələ noyabr ayında Niderlanddan 125 ədəd Mercedes-Benz GD 290 daxil olmaqla 356 ədəd işlənmiş hərbi nəqliyyat vasitələrin əldə edilməsi üçün müqavilə imzalanıb. Qeyd edilib ki, maşınlar bu ilin sonuna qədər çatdırılmalıdır.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, müqavilənin ümimi dəyəri 6 milyon avro təşkil edir. Litva bu maşınlardan əlavə DAF yük maşınları və ordu üçün nəzərdə tutulan qoşqular da alacaq.

Bildirilib ki, Niderland ordusunun istifadəsində olan Mercedes-Benz GD 290 maşınları hazırda yaxşı texniki vəziyyətdədir.

Litva silahlı qüvvələri artıq Niderlanddan alınmış bu texnikanın 400 ədədini istifadə edir.