Advertisment

Cənubi Koreyanın yeni pulemyotu - K16

Cənubi Koreyanın piyada qoşunları yeni nəsil pulemyotlarla silahlanacaqlar.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, müdafiə satınalma proqramları administrasiyasının (DAPA, Defense Acquisition Program Administration) mətbuat xidməti K16 pulemyotlarının qəbul testlərinin yekunlaşdığını bildirib. Yeni pulemyot SNT Motiv kompaniyası tərəfindən hazırlanıb və 7,62 mm kalibrli güllələrdən istifadə olunur.

Silahın piyada qoşunları üçün versiyası Eo System şirkətinin hazırladığı termal görüntüləmə nişangahı ilə təchiz olunub. Bundan başqa pulemyotun K16D (zirehli texnika və helikopterlərdə quraşdırmaq üçün) və K16E (koaksial variant) versiyaları da buraxılır.

Cənubi Koreyanın Müdafiə Nazirliyindən bildirilib ki, K16 silahlanmada K-3 və M60 pulemyotlarını əvəz edəcək. Bu, etibarlılıqda sələflərini əhəmiyyətli dərəcədə üstələyir. Nişangah məsafəsi 1 km-dən artıqdır, döyüş effektivliyi isə 2 dəfədən çoxdur.

DAPA-dan bildirilib ki, ordunun bütünlüklə yeni pulemyotlarla 2024-cü ilə qədər təchiz edilməsi planlaşdırılır. Bu məqsədlər üçün 104,7 milyon dollaq ayrılıb.