Advertisment

Rusiya Müdafiə Nazirliyi yenilənmiş haubitsalar alıb

Rusiyanın “Uraltransmaş” Səhmdar Cəmiyyəti dövlət müdafiə sifarişinin yerinə yetirilməsi çərçivəsində Müdafiə Nazirliyinə dərin modernləşdirilmiş əsaslı təmirdən sonra 203-mm 2C7M “Malka” özüyeriyən haubitsalarını tədarük edib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, məhsulda sürət qutuları, paylama mexanizmləri və enerji təchizatı bölmələri dəyişdirilib, müşahidə cihazları, həmçinin daxili əlaqə aparatı və radiostansiya yenilənib.

Xatırladaq ki, 2C7M “Malka” özüyeriyən haubitsaları 2C7 “Pion” silahının yenilənmiş varıantıdır. Bu silah 1980-ci illərdə istehsal olunub və indiyə qədər dünyanın ən güclü toplarından biri sayılır. Bu silahın əsas məqsədi düşmənin müdafiə xəttinin dərinliklərində, arxa cəbhədə yerləşən əsas hədəf və obyektlərin vurulmasından ibarətdir.