Advertisment

Azərbaycanda qaz kondensatının hasilatı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 714,06 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 6% azdır.

Dövlət Statistika Komitəsindən Herbiand.az -a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 3 707,82 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6% azalma deməkdir.

 

Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 5 292,34 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 1,7% çoxdur.