Advertisment

Britaniya xüsusi xidmət orqanlarının bir-biri ilə əməkdaşlığı zəifdir

Britaniyanın xüsusi xidmət orqanları bir-biri ilə hərəkətlərini əlaqələndirməkdə və rabitə əlaqələrində çətinlik çəkirlər.

Herbiand.az bildirir ki, bu barədə The Times qəzeti əldə etdiyi məlumata istinadən bildirir.

Məlumata görə, sənəd 2023-cü ildə Britaniya baş nazirinin keçmiş müşaviri Nik Timoti tərəfindən hazırlanıb. Lakin ondan çıxarışları dərc etmək imkanı iki il vaxt aparıb.

Hesabatda qeyd olunur ki, siqnal kəşfiyyatına cavabdeh olan əks-kəşfiyyat xidmətləri MI5, xarici kəşfiyyat xidməti MI6 və Hökumət Rabitə Qərargahı (GCHQ) “zəif əməkdaşlıq” və “parçalanmış” hesabatlılıq sistemi nümayiş etdirirlər.

Bir mənbə The Times qəzetinə bildirib ki, müxtəlif xüsusi xidmət orqanları arasındakı mübahisələr tez-tez dalana dirənir: “Böyük Britaniya Xarici İşlər Nazirliyinin MI6-nı, Daxili İşlər Nazirliyinin isə MI5-i təmsil etdiyi bir vəziyyətdə baş nazir çəkini dəyişdirməsə, vəziyyət çıxılmaz hala düşəcək, bu, tamamilə kabusdur”.

Qəzet nümunə olaraq, Böyük Britaniyada İran İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması ilə bağlı müzakirələrə istinad edir. Məqalədə qeyd edilib ki, belə bir addım əks-kəşfiyyat xidməti tərəfindən dəstəklənib, lakin mənfi diplomatik nəticələrdən qorxaraq xarici kəşfiyyat xidməti buba qarşı çıxıb. Nəticədə, sonuncu fikir hələlik üstünlük təşkil edir.

Hesabatda yuxarıda adı çəkilən kəşfiyyat qurumları arasında əlaqələndirici əlaqə kimi çıxış edəcək Təhlükəsizlik üzrə Nazirliyin vəzifəsinin yaradılması tövsiyə olunur. Həmçinin, milli təhlükəsizlik funksiyalarının Skotland-Yarddan Milli Cinayətkarlıq Agentliyinə (National Crime Agency) köçürülməsi tövsiyə olunur.

Bəxtiyar CƏFƏRLİ