Advertisment

Qazaxıstanın Müdafiə Naziri: “Su-30SM-in qəzasında pilotun səhvi istisna edilib”

Qazaxıstanın Karaqanda bölgəsində Su-30SM qırıcı təyyarəsinin qəzasında pilot səhvinin olduğu istisna edilib. Təyyarə yeni idi və 2022-ci ildə təhvil verilib. Araşdırma aparılır.

Herbiand.az bildirir ki, bunu Qazaxıstanın Müdafiə Naziri Dauren Kosanov jurnalistlərə söyləyib.

Kosanov deyib ki, təyyarə yenidir və pilotun səhvi olmayıb: “İstintaq aparılır və yekun olaraq nəticələr açıqlanacaq. Rusiya istehsalı olan Su-30SM qırıcı təyyarəsi 2022-ci ildə təhvil verilib. Təyyarə 230 saat uçub”.

Müdafiə Naziri vurğulayıb ki, ən vacibi - pilotlar sağ qalıblar.

Qeyd edək ki, fevralın 25-də Karaqanda bölgəsində təlim uçuşu zamanı Su-30SM qırıcı təyyarəsi qəzaya uğrayıb. Ekipaj katapult edib və sağ qalıb.

Bəxtiyar CƏFƏRLİ