ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin uzadılmasını elan edərək, diplomatiyaya razılaşma əldə etmək üçün daha bir şans verərək konkret bir müddət göstərməyib.
Herbiand.az xəbər verir ki, bu barədə Axios öz mənbələrinə istinadən məlumat yayıbv.
Mənbələr bildirib ki, bu qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir.
İsrail mənbəsinin məlumatına görə, Xameneinin çərşənbə günü cavab verməsi gözlənilir.
Başqa bir mənbə bildirib ki, "Tramp iranlılara işlərini yoluna qoymaq üçün vaxt vermək üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır, lakin atəşkəs qeyri-müəyyən olmayacaq".