Xəzərin Azərbaycan sektorunda yerləşən ”Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundaki “Dərinsulu Günəşli” platformasından indiyədək 91,5 milyon ton neft hasil edilib.
Bu barədə Herbiand.az Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, indiyədək “Dərinsulu Günəşli” platfomasından 19,6 mlrd. kubmetr qaz hasil edilib.
Bildirilir ki, AÇG-nin işlənməsinin 3-cü fazası olan “Dərinsulu Günəşli” platformasının istifadəyə verilməsindən 18 il ötür.
Xatırladaq ki, Xatırladaq ki, AÇG üzrə saziş ilkin olaraq 20 sentyabr 1994-cü il tarixində imzalanıb. İlk neft Çıraq yatağından 7 noyabr 1997-ci il tarixində əldə edilib.
AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 31,65%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.