Advertisment

Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə” adlı tədbir keçiriləcək

Aprelin 25-də “Azərbaycan klassik ədəbiyyatı: dünəndən bu günə” adlı tədbir keçiriləcək.

 

Tədbirdə Azərbaycan klassik ədəbiyyatının keçdiyi dövrlər barədə çıxışlar olacaq. Həmçinin günümüzdə klassik üslubda yazan şairlərin şeirləri dinləniləcək.

 

Çıxışçılar arasında Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-dramaturq İlqar Fəhmi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-ozan Fəxrəddin Salim və Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri, şair Kamal Hüseynzadə yer alır.

 

Tədbirin moderatoru şair İlkin Naibdir.

 

Qeyd edək ki, tədbirdə gənc rəssamlar tərəfindən çəkilmiş klassik şairlərin portretləri də nümayiş etdiriləcək.

 

Tədbir “Kitabçı” book kafedə saat 15:00-da keçiriləcək.