Advertisment

Rəsmi Kiyev: Zelenski Putinlə Moskva və Minskdən başqa istənilən paytaxtda görüşə gedəcək

Ukrayna Türkiyədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşə ev sahibliyi etməyi xahiş edib.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Onun sözlərinə görə, Ukrayna Türkiyəyə və digər bəzi paytaxtlara müraciət edərək Zelenski ilə Putin arasında mümkün görüşün təşkilinə ev sahibliyi edilməsini xahiş edib.

Sibiqa belə bir görüş üçün Minsk və Moskvanı istisna edib.

“Biz bu barədə türklərdən və digər bəzi paytaxtlardan soruşduq. Xüsusilə Türkiyəyə müraciət etdik. Amma Moskva və Minskdən başqa bir paytaxt belə bir görüş təşkil edərsə, biz gedəcəyik. Bu, bizim üçün vacibdir", - Sibiqa əlavə edib.