Advertisment

Tuapse NEZ-da yanğına görə, sakinlər təxliyə olunur

Gecə saatlarında Tuapsedəki yerli neft emalı zavodunda (NEZ) dron hücumundan sonra yanğın baş verib. Yanğın səbəbindən yaxınlıqdakı evlərin sakinləri təxliyə olunur.

Herbiand.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.

"Neft emalı zavodunun yaxınlığında yerləşən evlərin sakinlərinin təhlükəsizliyi üçün təxliyə aparılır".

Tuapse Şəhər Dairəsinin başçısı Sergey Boyko təxliyə marşurutu barədə sakinləri məlumatlandırıb.

Xatırladaq ki, şəhərə əvvəlki genişmiqyaslı dron hücumları 16 və 20 aprel tarixlərində baş vermişdi. Onlar həmçinin neft emalı zavodunda yanğına səbəb olmuşdu.